“Babək Plaza”da xidmət haqqının artırılması narazıçılığa səbəb olub-Foto

1372250520_Babek Plaza-direktorXatırladaq ki, biz bir bir neçə dəfə “Babək Plaza”nın baş direktoru Fərid İbrahimovun əməlləri barədə tənqidi yazı dərc etmişdik.Belə ki,həmin yazılarda Fərid İbrahimovun 17 mərtəbəli biznes mərkəzini ürəyi istədiyi kimi “fırlatması”,obyektin müştərilərinə qarşı kobud rəftar etməsi və bununla da oradak çalışan iş adamlarında “Babək Plaza” ya qarşı mənfi fikir oyadarak onun imicinə xələl gətirməsi haqda söhbət açmışdıq. Bu dəfə “Babək Plaza”nın müştəriləri olan iş adamlarının adından Qafqaz Xəbər Agentliyinin redaksiyasına göndərilən məktubda isə bildirilir ki, bu biznes mərkəzində xidmət haqqı, hər kvadrat metrə görə 1 manatdan 1 manat 50 qəpiyə qaldırılıb.1372250647_Babek Plaza
“Babək Plaza” nın müştərilərinin dediyinə görə hər kvadrat metrə görə 50 qəpik artım təklifi ,məhz baş direktor Fərid İbrahimov tərəfindən irəli sürülüb. Qeyd edək ki, “Babək Plaza”da hal-hazırda çoxlu sayda iri şirkətlərin ofisləri fəaliyyət göstərir ki, ki,onların arasında Coca-Cola şirkətinin ofisi də var.
Bİznes mərkəzinin xidmətlərindən istifadə edən iş adamlarının Qafqaz Xəbər Agentliyinə dediyinə görə, kirayə haqqının artırılması səbəbindən artıq bir çox şirkətlər “Babək Plaza” dan çıxaraq,başqa plazalara-ofis mərkəzlərinə üz tutmağa başlayıblar. Bir sözlə, biz dəfələrlə baş direktor Fərid İbrahimov barəsində tənqidi yazılar yazsaq da, “Babək Plaza”nın sahibləri onun barəsində ölçü götürməyiblər.Nəzərinizə çatdıraq ki,“Babək Plaza” biznes mərkəzini, özlərinə yaxın bilən onun çoxsaylı müştəriləri mətbuat vasitəsi ilə sözlərini biznes mərkəzinin sahibi Etibar Əliyevə çatdırmışdılar ki,o bu məsələni nəzarətə götürsün və Fəridin , öz “dəstəsi” ilə birlikdə “Babək Plaza”da törətdiyi əməllərinə son qoysun..Ancaq görünür Fərid İbrahimovun və onun “dəstəsinin” müştərilərə qarşı etdikləri haqsızlıqlar biznes mərkəzinin sahiblərini qane edir ki,baş direktora qarşı heç bir tədbir görülmür…

Qafqaz Xəbər Agentliyi

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR