“O statusu mən yazmamışam” – FOTO

1403003182_Screenshot_2014-06-16-13-24-04“Babək Plaza”nın sahibi icarədarların hüquqlarını pozur

10 mart  2012-ci il tarixdə  Səbail rayon məhkəməsi  dələduzluq əməli ilə bağlı  “Texnikabank”ın Müşahidə Şurasının sədri  Etibar Əliyevi  3 ay müddətinə həbs etdi. Qeyri-rəsmi mənbənin bildirdiyinə görə  həbsin səbəbi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin şikayəti olub. Bakıdakı görüşü zamanı Saakaşvili bildirb ki, “Texnikabank” gürcü biznesmenlərindən birinin əmlakını mənimsəyib və qaytarmaq istəmir. Gürcü biznesmenin Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciəti heç bir nəticə verməyib. Beləliklə, Saakaşvilinin şikayəti əsasında çinayət işi qaldırılıb.

12 iyun 2013-cü ildə Bakı Ağır Cinayətlər Məhkəməsi tibbi ekspertizanın rəyini nəzərə alaraq Etibar Əliyevin  səhhəti ilə bağlı məhkəmə prosesində iştirak etməməsi barədə qərar çıxarıb.

Beləliklə Etibar Əliyevə qarşı qaldırılmış cinayət işi müvəqqəti dayandırılıb.Və ölkədən çıxmamaq  şərti ilə  Etibar Əliyev həbsdən azad edilib.

Mötəbər mənbənin verdiyi məlumata görə Etibar Əliyev həbsdə olduğu müddətdə onun əmlakının və biznesinin bir hissəsi oğlu Kəramət  Əliyevin nəzarətinə keçib. Kəramət Əliyevin nəzarətinə keçən  biznes obyektlərindən biri də müxtəlif  sahibkarlara icarəyə verilən  “Babək Plaza”dır. 1403003206_Screenshot_2014-06-16-12-20-25

Bir müddət  əvvəl  Qafqaz Xəbər Agentliyinə (qafqaznews.az) müraciət edən sahibkarlar hüquqlarının pozulduğunu və Kəramət Əliyev tərəfindən icarə müqaviləsindəki şərtlərə əməl olunmadığını bildiriblər.

Bir neçə gün əvvəl  Kəramət Əliyev tərəfindən qəribə status paylaşılıb:” Çaqqallar qorxun artıq… Biz ayağa qalxdıq”

Bütün yuxarıda deyilənlərə aydınlıq gətirmək üçün Kəramət Əliyevin özü ilə telefon əlaqəsi saxladıq. Kəramət Əliyev atasının həbsindən sonra guya “Babək Plaza”nın onun səlahiyyətinə keçməsini inkar etdi: “Mən “Babək Plaza”nın təsisçisi və sahibiyəm”.

Sahibkarların hüquqlarının pozulması ilə bağlı məsələyə isə Kəramət Əliyev belə aydınlıq gətirdi: “Mən sahibkarları sıxışdırmıram, kooperativdəki bütün  ofislər  satılıb. Ofis sahibləri ilə kommunal xidmət üçün müqavilə imzalanıb”.

“Yazdığınız statusda siz kimləri çaqqal adlandırırsınız” sualına isə  keçmiş bankirin oğlu belə cavab verdi: “O statusu mən yazmamışam”.

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi (qafqaznews.org)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR