“Bakı 2015″in rekord vuran idmançısı

img1845458Rusiya üzgüçüsü Bakı 2015 I Avropa Oyunlarında ən çox medal qazanan idmançı kimi rekord əldə edib.
ANS PRESS-in məlumatına görə, 16 yaşlı Mariya Kamenev üzgüçülükdə müxtəlif yarışlarda 6 qızıl qazanmağı bacarıb. Kamenev daha bir gümüş və iki bürünc medalın sahibi olub. Bu göstərici I Avropa Oyunları tarixində rekorddur.
Gənc üzgüçü doqquzuncu medalını 4×200 yarışlarında qazanıb. I Avropa Oyunlarında ikinci ən çox medal qazanan idmançı da Rusiyadan olan Arin Opyonışevadır. 16 yaşlı idmançı Rusiya adına 7 qızıl və 1 gümüş medala yiyələnib.
Yarışlarda Rusiya komandası 78 qızıl, 40 gümüş və 43 bürünc medal qazanıb. Ümumilikdə 165 medal əldə edən Rusiya komandası I Avropa Oyunlarında ən çox medal qazanan heyət olub. Rusiyadan sonra ikinci pillədə ev sahibi Azərbaycan qərarlaşıb. Ölkəmiz 21 qızıl, 15 gümüş və 20 bürünc medal qazanıb. İlk üçlüyü Böyük Britaniya komandası tamamlayıb. Böyük Britaniya 18 qızıl, 10 gümüş və 19 bürünc medal əldə edib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR