Bekhem jurnalistlərdən qaçarkən qəza törədib (FOTO)

İngiltərəli məşhur eks futbolçu 71885 Los-Ancelesdə hava limanında görüntülənib.

ANS PRESS-in məlumatına görə, qolu sarğılı halda kameralara tuş gələn idmançı və biznesmen maraq oyadıb. Daha sonra isə məlum olub ki, Bekhem ötən həftə paparatsilərdən qaçarkən döngədə idarəetməni itirərək motosikletini aşırıb. Xəstəxanaya üz tutan futbolçu yoxlanışdan keçdikdən sonra yüngül zədə aldığı məlum olub.

Qeyd edək ki, Bekhem bundan öncə də paparatsilər ilə bağlı xoşagəlməz hallar yaşayıb. Bir ay öncə Devidi izləmək üçün yol hərəkəti qaydalarını pozan jurnalistlərə qəzəblənən futbolçu avtomobilindən enərək öz fikirlərini sərt şəkildə onlara bildirib.

Xatırladaq ki, futboldan ayrılan Bekhem daha sonra şəxsi brendini yaradaraq biznes aləminə qatılıb. Devid kişilər üçün alt geyimi istehsal edən brendə sahiblik edir, geyimlərin reklam çarxına da özü çəkilir.

c91ec2b927ba

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR