Qız “şir ürəyi yeyib” timsahın üzərinə tullandı (VİDEO)

5218Zoopark administrasiyası qızın zooparka gəlişinə qadağa qoyub.

Meksikanın Monterrey şəhərində cavan bir qız nəticəsini düşünmədən zooparkda timsah üçün ayrılan xüsusi yerə keçib.

ANS PRESS-in məlumatına görə, hadisəni əks etdirən videonu “Mirror” portalı yayıb.

Nəşrin saytında yerləşdirilən videoda qızın heç bir qorxu hissi keçirmədən zooparkda insanlar üçün səddi keçməyi görünür. Qız o qədər sərbəstdir ki, bir saniyə belə tərrəddüd etmir və dostlarınla zarafatlaşa zarafatlaşa timsahın yanına atlanır. Kadrda olan digər səslər bir müddət onu bu bu təhlükəli səyindən çəkindirməyə çağırır.

Lakin qız sözlərə fikir vermir və timsahın yanına tullanır. Qız ölümcül təhlükəli heyvana maksimal səviyyədə yaxınlaşır və ona toxunmaq istəyir. Bu zaman timsah cəld ona tərəf çevrilir. Bu zaman qız qorxudan arxaya yıxılır. Amma bu dəfə də şir ürəyi yemiş qız özünü itirmir və timsahın üzərindən attanaraq ərazinin təhlükəsiz hissəsinə keçə bilir.

Xəbər verilir ki, Monerrey zooparkının administrasiyası qızın zooparka gəlişinə qadağa qoyub.

e074ec27ebaa

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR