Azərbaycan maralı – Tbilisi zooparkına ilk töhfə – FOTO

6Maral balasına Pirra adını veriblər.

Daşqın zamanı heyvanlarının yarısından çoxunu itirən Tbilisi zooparkı orada sağ qalan Qafqaz maralının balasının olduğunu bildirib.

İyun ayının 14-nə keçən gecə Tbilisidə baş verən daşqın zamanı zooparkın aşağı hissəsi tamamən məhv olub. 600 heyvanın yarısından çoxu məhv olub. Son məlumata əsasən, 19 nəfər həlak olub, üç nəfər isə itkin düşüb.

“İyunun 30-da zooparkda maralın balası dünyaya gəlib. Onun anası – Kvivinin “anası” azərbaycanlı “gəlindir”, bizə onu Bakı zooparkı hədiyyə etmişdi”, – Sputnik agentliyi zooparkın administrasiyasının mətbuat xidmətinin məlumatından sitat gətirir.

Zooparkda qeyd edildiyi kimi, marala Pirra adı verilib. “Yunan mifologiyasına əsasən, Zevsin göndərdiyi daşqından sonra yalnız Devkalion və Pirra salamat qalıb. Yeni nəslin əsasını məhz onlar qoyur və biz inanırıq ki, bizim Pirra yeni zooparkın yaradılmasının ilk əlaməti olacaq”, – zooparkın administrasiyasında bildiriblər.

Tbilisi zooparkı alman beynəlxalq əməkdaşlıq cəmiyyəti (GİZ) ilə bərabər Qafqaz marallarının artırılaraq vəhşi təbiətə qaytarılması proqramı ilə məşğul olur. Proqram çərçivəsində sentyabrda İtaliyadan dağ dırnaqlıları üzrə mütəxəssislər gələcək, onların sayəsində Gürcüstanda Qafqaz maralının növünün bərpası başlanacaq.

7 8 9 6 (1)

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR