Dostları tərəfindən tapılan vətəndaş xəstəxanaya yerləşdirilib
Antaliyada 42 yaşlı Əli Akkaya məscid tualetində biləklərini kəsərək intihara təşəbbüs edib.
Hadisə Seyid Qazi məscidində baş verib. Ailəvi problemləri olan vətəndaş məscidin tualetində qırıq şüşə parçaları ilə biləklərini kəsib.
Xeyli qan itirən Əli Akkaya huşunu itirib.
Dostları tərəfindən tapılan vətəndaş xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)