İki avtobus toqquşdu: 4 ölü

101773_res_01Tovuzda dəhşətli yol qəzası baş verib, iki avtobusun toqquşması nəticəsində 4 nəfər ölüb.

TTV (Region TV) xəbər verir ki, hadisə bu gün saat 08.40 radələrində Bakı-Qazax magistral yolunun Qovlar şəhər ərazisində baş verib.

Bakı istiqamətində hərəkətdə olan “Daewoo”markalı avtobusla “Mercedes” markalı minik maşını toqquşub. Minik avtomobilində olan 4 nəfər sərnişin dünyasını dəyişib.

Avtobusda olan digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Ölənlərin kimliyi hələlik məlum deyil. Onların bir ailənin üzvləri olduğu ehtimal edilir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR