Tailand Türkiyədəki səfirliyini bağladı

101841_res_01Tailand Ankaradakı səfirliyini və İstanbuldakı fəxri konsulluğunu müvəqqəti olaraq bağlayıb.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Buna səbəb kimi Tailandın İstanbuldakı fəxri konsulluğunun binasına bir qrupun basqın etməsi göstərilib.

Qeyd edək ki, 200 uyğur Çindən qaçaraq, Tailanda sığınmışdı. İki gün öncə 90 uyğur Çinə təhvil verilib. Elə fəxri konsulluğun binasına hücumun da bu səbəbdən baş verdiyi bildirilib.

Konsulluğa hücum edənlərin 9-u həbs olunub.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR