Bakının Nizami rayonunda, Qara Qarayev prospektində sərnişin avtobusunun iştirakı ilə yol qəzası olub.
Hadisə metronun “Xalqlar Dostluğu” stansiyasının yaxınlığında qeydə alınıb. 15 saylı xətt üzrə hərəkət edən “Daweoo” markalı sərnişin avtobusu bir neçə maşını əzərək dayanacağa çırpılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, hadisə nəticəsində 9 nəfər yaralanıb. Onlardan 3-nə yerindəcə tibbi yardım göstərilib. 6 nəfər isə xəstəxanaya yerləşdirilib. İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır. (Region TV)