Türkiyədə terrorçularla polis arasında insident baş verib (VİDEO)

26289İnsident zamanı terrorçuların açdığı atəş nəticəsində polis əməkdaşlarından biri ayağından yaralanıb

Türkiyənin Mardin vilayətində icazəsiz aksiya keçirən PKK terrorçuları ilə polis arasında insident baş verib. ANS PRESS-in məlumatına görə, PKK gənclər təşkilatının bir qrup üzvü “Əhməd Kaya” körpüsündə barrikadalar quraraq yolu bağlamağa çalışıblar. Hadisə yerinə dərhal polis qüvvələri cəlb olunub. Polisin “dağılışın” xəbərdarlığına terrorçular “molotof kokteyli”, fişəng və kustar üsulla hazırlanmış partlayıcılarla cavab verib. Polis isə izinsiz aksiya keçirən qrupa təzyiqli su və gözyaşardıcı qazla müdaxilə edib. Müdaxilə zamanı terrorçuların açdığı atəş nəticəsində polis əməkdaşlarından biri ayağından yaralanıb. Hadisə yerinə cəlb olunan təcili yardımla xəstəxanaya çatdırılan polisin həyatı üçün təhlükə olmadığı bildirilib.

Xatırladaq ki, dünən PKK-nın administrativ quruluşu “KCK” (“Koma Ciwaken Kurdistan – Kürdüstan Cəmiyyəti Asossasiyası”) terror təşkilatı ötən gün açıqlama yayaraq Türkiyəni hədələmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR