1 nömrəli narkobaron “El Çapo” həbsxanadan yeraltı tunellə qaçıb-VİDEO

102089_res_01Meksikanın baş prokuroru dünyanın 1 nömrəli narkobaronu, “Sinaloa” kartelinin başçısı HoakimQusmanın sərt rejimli həbsxanadan saxlanıldığı kameranın altından qazılmış tunellə qaçdığını açıqlayıb.

Virtualaz.org saytı“TheTelegraph” qəzetinə istinadən xəbər verir ki, baş prokuror AreliQomessərt rejimli Altiplano həbsxanasına gedərək həmin tunelə baxış keçirib.

Xəbərə görə, H.Qusman kamerasının altından qazılmış tunelə girərək yaxınlıqdakı tikilməkdə olan binaya çıxıb. Prokurorlar onun qaçmasına kömək etməkdə şübhəli bilinən 30 həbsxana personalını dindirir.

Caynağı Azərbaycana qədər uzanan “Sinaloa” kartelinin başçısı HoakinQusman ötən şənbə günü axşam Mexiko yaxınlığındakı həbsxanadan qaçıb. Bu, narkobaronun sərt rejimli həbsxanadan ikinci qaçışıdır.

H.Qusman birinci dəfə 2001-ci ildə qaçıb və 12 ildən çox axtarışda olduqdan sonra ötən ilin əvvəllərində ABŞ xüsusi xidmət orqanlarının dəstəyi ilə Meksika dəniz piyadalarının keçirdiyi əməliyyatda həbs olunmuşdu.

Meksika prezidenti onun həbsini narkomafiyaya qarşı mübarizədə böyük nailiyyət  adlandırmışdı.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR