Azərbaycanlı gəncdən fədakarlıq

102320_res_01Dərbəndin Xəzər kəndində bir nəfər boğulmaqda olan qızı xilas edərkən özü ölüb.

Lent.az-ın məlumatına görə, Rəcəbəliyev Sultan Məhəmməd oğlu qışqırıq səsləri eşidib və düşünmədən özünü suya atıb.

Möcüzə nəticəsində o, Xuçni kənd sakini – 12 yaşlı Fatimə Səidovanı xilas edib. Qızı sahilə ata bilsə də, özü batıb.

Qeyd edək ki, S.Rəcəbəliyev daha əvvəl də bir nəfəri xilas etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR