Meksika “Korotışka” haqqında məlumatı olana 4 milyon dollar verəcək – VİDEO

1İslah müəssisəsinin onlarla əməkdaşı həbs edilib.

Meksika hakimiyyəti bazar gününə keçən gecə ən güclü mühafizəyə malik həbsxanadan qaçan, ölkənin ən nüfuzlu cinayətkarı, “Korotışka” ləqəbli narkobaron Hoakina Qusmanın yerini bildirənə 4 milyon dollar ödəməyə hazırdır.

Oxu.Az NTV-yə istinadən xəbər verir ki, bundan dərhal sonra direktor da daxil olmaqla islah müəssisəsinin onlarla əməkdaşı həbs edilərək dindirilib.

İstintaq bu insanların burnunun altında ən azı bir neçə ay müddətində qaçarkən cinayətkarın istifadə etdiyi 1,5 km uzunluqda tunelin tikintisinin necə aparıldığını aydınlaşdırmağa çalışır.

“Korotışka”nı ilk dəfə deyil ki, saxlamağa çalışırlar. 14 il bundan öncə də o, ciddi rejimli həbsxananı tərk edib. O zaman narkobaron çirkli camaşırlar olan yük maşınında gizlənərək qaçmışdı. İstintaqdan sonra müəssisənin direktorunu və onlarla əməkdaşını barmaqlıq arxasına yolladılar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR