Prezidentin sonuncu xəbərdarlığı

Безымянный copyVə Bakcell-in vergidən “şifahi” azad olunan  şirkətlərlə pay bölgüsü

 Prezident İlham Əliyevin  Nazirlər  Kabinetinin sonuncu toplantısındakı çıxışı  açıq havada  ildırım effekti verdi. Ölkə başçısı vergidən yayınanlara, şirkətlərə “krışalıq”  edənlərə sonuncu  xəbərdarlığını etdi: “ Mənə məlumatlar gəlir ki,Vergilər Nazirliyi özünü sərt aparır. Burada iki məsələni ayırmalıyıq. Nazirlik çalışmalıdır ki, vergilər qanuni şəkildə toplansın. Amma əsassız ödəmələr tələbi irəli sürülməməlidir. Sahibkar yalnız dövlətin pulunu verməlidir. Vəssalam. Bundan başqa heç kimə bir manat da verməməlidirlər. Vergilər Nazirliyi, hüquq mühafizə orqanları, icra hakimiyyətləri haqq qoyurlar, pay istəyirlər, “krışalıq” edirlər. Buna son qoyulmalıdır, yığışdırılmalıdır”.

Ölkə başçısının bu çıxışını dinləyəndən sonra  xeyli vaxtdır  Qafqaz  Xəbər Agentliyinin  redaksiyasına daxil olmuş məlumatı işıqlandırmaq qərarına gəldik.

Bu günədək   Bakcell  şirkəti ilə bağlı bir çox araşdırma  yazılarını oxucularmıza təqdim etmişik. Ancaq Bakcell şirkətinin maliyyə  maxinasiyaları bitmək  bilmir. Bizi  hazırda  maraqlandıran əsas  məsələ  Bakcell-in öz kvotasını vergidən şifahi şəkildə azad olunan şirkətlərin arasında bölüşdürməsidir. Bir daha təkrar edirik ki, söhbət vergidən  şifahi şəkildə azad olunmaqdan gedir.

Prezidentin çıxışınının da əsas mahiyyəti bu məsələdir. Yəni kimlərinsə “krışa”lığı ilə hansısa şirkət vergidən azad olunur.

Həmin şirkətlərdən biri Caspian CSM şirkətidir ki, onun kvotası 3 milyon 500 min manatdır. Yəqin ki, Caspian CSM şirkətinin adı  oxucularımıza tanışdır.  Bu şirkət  professor İlham Rəhimovun kürəkəni Araz Mehdiyevə  və  onun şəriki Rasim Əsədova məxsusdur.

Məlumat üçün bildirək ki, bu  Mehdiyev – Əsədov cütlüyünün  Azercell-də də   “Baktel”  şirkəti adı ilə aylıq limitləri var  və  “Baktel”  şirkəti də şifahi şəkildə vergidən azaddır.

Qərəz,  keçək yenə də Bakcell şirkətinə və onun Caspian CSM şirkəti ilə mobil telefonlarla bağlı əməkdaşlığına.

Bakcell şirkətinin  aylıq 12 milyon kvotasının 3 miliyon 500 mini  Caspian CSM-ə məxsusdur. Bəli, Araz Mehdiyev ölkəmizdə mobil telefonların monopolisti olduğu üçün Bakcell şirkəti onun üçün bu cür güzəştə gedərək  öz aylıq kvotasının 3 milyon 500 minin onlara  “hədiyyə”  edib. Ancaq bununla da Caspian CSM şirkətinin qazancı bitmir, həmin şirkət Araz Mehdiyevin şəriki Rasim Əsədova görə şifahi şəkildə vergidən azaddır.

Məhz buna görə də Bakcell-in  kvota bölgüsündə heç kim Rasim Əsədovla rəqabət apara bilmir.

Gələn yazımızda 7 milyon kvotaya yiyələnən  Şahin Telekom və Mobilon şirkətləri ilə bağlı  şok açıqlamalar verəcəyik. Bakcell-in digər kvotasına yiyələnən şirkətlər, “Nar Mobile”da da başqa şirkətlər adı ilə kvota sahibidilər.

Bu barədə növbəti sayımızda.

“Qafqaznews” 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR