UEFA “Qəbələ”ni cəzalandırdı

qabalaStadion diskvalifikasiya edildi.

Tbilisinin “Dinamo” klubunun şikayətindən sonra UEFA Azərbaycan futbol klubu “Qəbələ”ni cəzalandırdı.

Oxu.Az xəbər verir ki, Avropa Liqasının 2-ci raundunda Serbiyanın “Çukariçki” ilə cavab matçı Qəbələdə deyil, Bakıda “Baksel Arena”da keçiriləcək. Qəbələnin şəhər stadionu gürcülər ilə cavab matçında azarkeşlərin davranışından sonra diskvalifikasiya edilib.

Xatırladaq ki, həmin matçda azarkeşlər Gürcüstanın ərazi bütövlüyünə iddia edilən banerləri stadiona gətirmişdilər. Bu, gürcü azarkeşlərin Tbilisidə oyun zamanı davranışına cavab idi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR