“Gangnam Style” ağır qəzaya düşdü

1437130664Cənubi koreyalı repçi Say (PSY) yol qəzasına düşüb.   Axar.az xarici mətbuata istinadən xəbər verir ki, “Gangnam style” mahnısı ilə dünya şöhrətinə qovuşan ifaçı Çinin Hançjou şəhərində qırmızı “Roll-Roys”u ilə avtobusla toqquşub.   Mətbuata verilən məlumata görə qəza zamanı ölən olmayıb. Amma repçi ağır xəsarət alıb.   Xatırladaq ki, PSY “Gangnam Style” və “Gentleman” mahnıları ilə qısa zaman kəsiyində bütün dünyada məşhurluq qazanıb. Onun klipi Yutub sosial şəbəkəsində 2 milyarddan çox izlənilib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR