Zaur Baxşəliyevi əmisi oğlunun toyunda döydülər – FOTO

Zaur baxiseliyev111Aparıcı mübahisə edən tərəfləri sakitləşdirmək istəyərkən təzyiqə məruz qalıb.

Tanınmış aparıcı Zaur Baxşəliyevin toy mərasimində döyülməsi xəbəri yayılıb.

Qafqaznews.az xəbər verir ki, bu barədə Axar.az-a toyda iştirak edən qonaqlardan biri məlumat verib. Mənbə qeyd edib ki, hadisə ATV kanalının aparıcısı Z.Baxşəliyevin əmisi oğlu Sənan Baxşəliyevin toy mərasimində baş verib.

Toy mərasimi sentyabrın 18-də Qaradağ rayonu, Sahil qəsəbəsində yerləşən “Tural” şadlıq sarayında baş tutub. Naməlum səbəbdən toyda dava düşüb. Mənbənin sözlərinə görə, Zaur Baxşəliyev mübahisə edən tərəfləri sakitləşdirmək istəyərkən təzyiqə məruz qalıb.

“Tural” şadlıq sarayından toyda baş verən dava təsdiqlənsə də, Zaur Baxşəliyevin döyülməsindən xəbərsiz olduqlarını bildirdilər.

Xatırladaq ki, Sənan Baxşəliyev ATV kanalında yayımlanan Z.Baxşəliyevin aparıcısı olduğu “Öz aramızda” verilişində çalışır.

Sözügedən toydan çəkilmiş fotoları təqdim edirik.

axar.az1411384728Zaur Senanaxar.az1411384728zaur1

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR