“Azərsu” ASC ancaq yol kənarına su çəkir?

Безымянный copy“Azərsu” ASC bəzi yerli idarələrinin rəhbər şəxsləri vətəndaşları su ilə sınağa çəkir. Üstəlik onlara qarşı kobud münasibət sərgiləyirlər. Xəzər rayonu Mərdəkən qəsəbəsi Ramin Qasımov küçəsində yaşayan 15 nəfərdən ibarət 3 məcburi köçkün ailəsi də içməli su sarıdan əzab-əziyyət çəkir. Doğma yurd-yuvalarından didərgin düşmüş insanlar neçə illərdir ki, içməli suyun üzünə həsrət qalıblar.

 Qafqaz Xəbər Agentliyi gundelik-baku.com-a istinadən xəbər verir ki, sakinlər şikayət ərizəsi ilə müraciət edib. Məcburi köçkün ailələri üzləşdikləri problemi belə şərh ediblər:

“15 nəfərdən ibarət 3 məcburi köçkün ailəsi və bizimlə yanaşı yaşayan digər 8 ailə adından yazıb sizə bildiririk ki, 1993-cü ildən, yəni məcburi köçkün düşdüyümüz vaxtdan etibarən bu ünvanda məskunlaşmışıq. İndiyə qədər içməli suyumuz olmadığı üçün insan sağlamlığına zərər vura biləcək çirkab dəniz suyu ilə qidalanırıq.

Yaşadığımız binanın 70-80 metrliyindən içməli su xətti keçir. Dəfələrlə Xəzər rayon Sukanal İdarəsinə müraciət etməyimizə baxmayaraq, heç bir müsbət nəticə əldə edə bilməmişik.

Bu günə kimi yaşadığımız ünvana su xətti çəkməyiblər. 22 ildir ki, dəniz suyu ilə çimir və bu sudan məişətdə istifadə edirik. Çıxılmaz vəziyyətdə qalmışıq, hara gedəcəyimizi, kimdən kömək istəyəcəyimizi bilmirik.

Burda məskunlaşan və aşağıda adları qeyd olunan sakinlərin adından müraciətimizi qəzetiniz vasitəsilə cənab prezident İlham Əliyevə çatdırmağınızı xahiş edirik. İlham Əliyev cənablarına güvənirik. İnanırıq ki, o bizim üzləşdiyimiz problemdən xəbər tutsa, dərhal yardım göstərəcək”. Qeyd edək ki, prezidentə müraciət edən məcburi köçkünlər bunlardır:

Mirzəyev Sabir AZE ¹ 08829428, Mirzəyev Bəhmən AZE ¹ 08174346, Mirzəyeva Nənəqız AZE ¹ 14185140, Mirzəyeva Əsli AZE ¹ 02611218, Mirzəyeva Cəmalə AZE ¹ 08174334, Mirzəyev Əfqan, Mirzəyeva Dilarə AZE ¹ 09665594, Mirzəyev Bəhmən (azyaşlı), Mirzəyev İdris (azyaşlı), Süleymanov Kənan AZE ¹ 08397603, Süleymanova Azadə AZE ¹ 15982870, Sofiyeva Yeganə AZE ¹ 08397607, Süleymanov Uğur (azyaşlı), Süleymanov Oktay (azyaşlı), Süleymanov Dilqəm AZE ¹ 07431592, Süleymanova Günay AZE ¹ 13021420, Süleymanov Rəşad AZE ¹ 15001047, Süleymanova Afərim AZE ¹ 13858539, Quliyev Qulu AZE ¹ 4006292, Quliyeva Samirə AZE ¹ 14868044, Quliyev Hüseyn (azyaşlı), Məmmədov Mübariz AZE ¹ 03495295, Quliyeva Səbinə AZE ¹ 14186154, Quliyeva Nərmin AZE ¹ 11037044, Mirzəyeva Şahnaz AZE ¹ 09742444, Məmmədli Sənan, Məmmədli Amin (azyaşlı), Allahverdiyev Rəşad AZE ¹ 13023222, Həsənova Raziyə AZE ¹ 15001251, Allahverdiyeva Tahirə AZE ¹ 14999478, Allahverdiyeva Turanə AZE ¹ 13021410, Quliyeva Aidə AZE ¹ 08208173, Məmmədov Hacıqulu AZE ¹ 05728180, Məmmədli Zülfüqar AZE ¹ 827404, Məmmədli Firuzə AZE ¹ 230623, Əhmədov Akif AZE ¹ 07511708, Əhmədova Məhəbbət AZE ¹ 08872241, Əhmədov Ülvi AZE ¹ 08739483, Quliyeva Günay AZE ¹ 08208169, Quliyeva İradə AZE ¹ 13024504, Bağırova Rəksanə AZE ¹ 13083002.

Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsələ ilə bağlı vətəndaş Sabir Mirzəyev ilə əlaqə saxladıq.

Vətəndaş bildirdi ki:” “Azərsu”un işçiləri yola yaxın olan evlərə su çəkirdilər, biz də onlara dedik ki, bizim evlərə də su çəkin. “Azərsu”un işçiləri bildirdi ki, “biz ancaq yola yaxın olan evlərə su çəkirik”.Bizim  evlə yolun arasında  məsafə təxminən  150 metr olar. Xəzər rayon  Sukanal İdarəsinə də müraciət eləmişik. Amma  heç bir xeyri yoxdur”.

Məsələ ilə bağlı əmədaşımız Xəzər rayon Sukanal İdarəsi ilə əlaqə saxlayıb. İdarənin Pərviz (soyadını bildirmədi)  adlı əməkdaşı bildirdi ki, istənilən vətəndaş ərazisinə, evinə su çəkdirmək istəyirsə “Azərsu” ASC-yə müraciət eləməlidir. Su xəttinin çəkilməsi üçün texniki şərt rayon Sukanal İdarəsi tərəfindən verilmir.

Problemlə bağlı dəfələrlə “Azərsu” ASC ilə əlaqə saxlamağa çalışsaq da telefonlarımıza cavab verən olmadı.

Araz Məmmədov

“Qafqaznews”

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR