Terminator və Hizer Milliqan Oktoberfestdə iştirak ediblər – FOTO

1411406294170_Image_galleryImage_MUNICH_GERMANY_SEPTEMBER_

Təqdimata ehtiyacı olmayan Arnold Şvartseneger öz sevgilisi Hizer Milliqan ilə Münhendə keçirilən Oktoberfest şənliyinə qatılıb.

Qafqaz Xəbər Agentliyinin (qafqaznews.org) Daily.Mail-ə istinadən verdiyi məlumata görə, 67 yaşlı Terminator və 39 yaşlı Hizer tədbirdə əl-ələ tutaraq yeriyir və bununla da münasibətlərinin necə romantik və səmimi olduğunu göstərirdilər.

Məşhur aktyoru və onun sevgilisini “Arnold Şvartseneger” (serial), “Qladiator” və “Əqrəblərin kralı” filmlərinin qəhrəmanı Ralf möller müşayiət edirdi.

Arnoldun artıq keçmiş xanımı Mariya Şrayverlə olan münasibətləri onların evlərində xadimə işləyən Mildred Bayenanın 16 yaşlı oğlu Cozefin atasının məhz Şvartsnegger olduğunu bildirəndən sonra pozulmuşdu. Bu hadisədən sonra cütlük ayrılaraq başqa evlərdə yaşamağa başladı. Məlumata əsasən bu ilin Miladınadək boşanma prosesi tam başa çatacaq. Hizer ilə aktyor və Kaliforniya ştatının keçmiş qubernatoru 2013-cü ildə görüşməyə başlayıblar. Mariya ilə isə münasibətlər 2011-ci ildə pozulub.

Mariya və Arnoldun birgə nigahdan 4 övladı var. Bunlar 24 yaşlı Katerina, 23 yaşlı Kristina, 21 yaşlı Patrik və 16 yaşlı Kristoferdir. Qeyd edildiyi kimi, xadiməçi Mildred Bayenanın 16 yaşlı oğlu Cozefin də atası Arnold Şvartsneggerdir.

1411406473717_Image_galleryImage_MUNICH_GERMANY_SEPTEMBER_1411406504984_Image_galleryImage_MUNICH_GERMANY_SEPTEMBER_1411407018940_Image_galleryImage_MUNICH_GERMANY_SEPTEMBER_1411451410744_wps_32_Arnold_Schwarzenegger_and1411451445446_wps_33_Arnold_Schwarzenegger_and1411451616584_wps_35_Arnold_Schwarzenegger_and

 

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR