Azərbaycanlı müğənni özünə ceyran aldı (FOTO)

71897150 min manatlıq avtomobili ilə gündəmə gələn mərhum müğənni Vidadi Bərdəlinin qızı Aytac Vidadiqızının özünə növbəti bahalı hədiyyəsi ceyran olub.
ANS PRESS-in məlumatına görə, açıqlama verən gənc ifaçı açıqlamasında ceyrana 5 min manat verdiyini bildirib: “Ümumiyyətlə, ürəyim istəyən bir şey varsa, onu mütləq əldə edirəm. Ceyranı xarici ölkədən sifarişlə gətizdirmişəm. Hazırda bağ evində qalıram elə onu da orda saxlayıram. Heyvanlara olan sevgim sonsuzdu. Yaxınlarım deyir ki, bağı yavaş-yavaş heyvanxanaya çevirirsən. Bəlkə, çoxlarına qəribə gələcək, amma əlimə bir az pul gəlsin timsah da alacam”.

 

 

 

 

5783a5722c58

fb8e22e3083b

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR