Türkiyədə qanlı gecə (FOTO)

96040PKK terrorçuları bu gecə də Jandarma və polis əməkdaşlarına silahlı hücumlar edib

Türkiyədə hüquq-mühafizə orqanları və təhlükəsizlik qüvvələrinin əməkdaşları bu gecə də terrorçuların silahlı hücumlarına məruz qalıb.

ANS PRESS-in məlumatına görə, Van vilayətində terrorçular Jandarma bölməsini atəşə tutublar. Daha sonra isə bölmənin qarşısında park edilən bomba yüklü maşın partladılıb.

Avtomobil partladılandan sonra hərbçilərlə terrorçular arasında atışma baş verib. Ölən və yaralanan olmayıb.

Bundan başqa bir qrup PKK terrorçusu Jandarma Asayiş Komandanlığına sızmağa çalışıb. Lakin terrorçular hərbçilər tərəfindən aşkarlnıb. Atışma baş verib. PKK terrorçuları qaçmağa məcbur olublar. Bölgəyə çox sayda zirehli texnika cəlb olunub.


Bölmənin qarşısında maşın partladılıb

PKK terrorçuları Uludərə rayonunda da Jandarma komandanlığı və Polis bölməsinə silahlı hücumlar ediblər. Atışma zamanı bir dinc sakin yaralanıb. Təhlükəsizlik qüvvələri bölgədə genişmiqyaslı əməliyyatlar keçirib. Gizlənən terrorçuların izinə düşmək mümkün olmayıb.


Polis bölməsinə silahlı hücum

Şırnak vilayətinin Cizre rayonunda isə PKK terrorçuları polis maşınını atəşə tutub. Belə ki, terrorçular yoldan keçən avtomobilləri saxlayaraq sürücülərin kimliklərini yoxlayıblar. Bu səbəbdən bölgəyə zidehli avtomobillərlə polis qrupu göndərilib.

PKK-lılar polis maşınları şiddətli atəşə tutub və tərəflər arasında atışma başlayıb. Nəticədə iki polis yaralanıb. Bölgəyə dəstək üçün hərbçilər göndərilib və əməliyyatlar başlayıb.


Yaralı polislər xəstəxanaya gətirilib

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR