Deputatın obyektindən 50 minlik qızıl oğurlandı

105796_res_01Bakının Səbayel rayonunda yerləşən Mərkəzi Univermaqdan oğurluq edilib.

“Report” xəbər verir ki, həmin univermaqda qızıl alqı-satqısı ilə məşğul olan Vidadi Rəhimov satış üçün nəzərdə tutulan, dəyəri 50 min manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə polisə məlumat verib.

İlkin araşdırmalar zamanı qızılların Vidadi Rəhimovun satıcısı Sevda Qəhrəmanova tərəfindən götürüldüyü məlum olub.

Faktla bağlı Səbayel Rayon Polis İdarəsinin (RPİ) 9-cu polis bölməsinin əməkdaşları araşdırmaları davam etdirir.

Xatırladaq ki, Mərkəzi Univermağın sahibi deputat Ərəstun Cavadovdur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR