Avtobuslarda dəyişiklik ilin sonuna qaldı-VIDEO

106595_res_01Bu ilin sonundan etibarən bütün marşrutlarda kart sistemini müşahidə edə biləcəyik.

ANS TV-nin məlumatına görə, hazırda kart sistemi “Baku Bus”ın avtobuslarına tətbiq olunub. Bütün avtobuslarda isə ilin sonuna kimi gediş haqqı kartla olacaq.

“Sərnişindaşımada daha müasir kart sistemini tətbiqilə bağlı təkliflər ortaya atıldı. Artıq yaxın vaxtlarda vətəndaşlar bu kartlardan istifadə edə biləcəklər. Kartın tətbiqi zaman vətəndaşlar tam şəkildə əmin olacaqlar ki, burada heç bir problem yoxdur.

Sadəcə olaraq bəzi avadanlıqların ölkəyə gətirilməsi istiqamətində müəyyən ləngimələr olur. Ümid edirəm ki, bu ilin sonuna kimi bu sahədə çox ciddi addımlar atılacaq”, – deyə Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bildirib.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR