Uşaqlı kişi maşının altında qalmaqdan son anda qurtuldu (VİDEO)

47986Qorxunc qəza anı kameraya düşüb

Rusiyada baş verən dəhşətli qəza kameraların yaddaşına düşüb. ANS PRESS-in məlumatına görə, qəza anını anbaan arxadan gələn maşınlardan birinin videoreqistratoru qeydə alıb.

Belə ki, magistral yolda hərəkət edən maşınlardan biri təbii ehtiyac üçün yolun kənarında saxlayıb. Sürücü kişi qucağında uşağı ilə maşına minmək istəyəndə arxadan gələn maşın qəza törədib.
Ata bir həmlə ilə həm özü, həm də övladının həyatını xilas edə bilib. Qəzadan sonra ata qucağında uşağı ilə palçıqlı yola yıxılıb. Ayağa qalxan kişi övladını maşına qoya bilib.
Şokda olan ailəyə yoldan keçən sürücülər kömək etməyə çalışıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR