Bakıdakı xəstəxanada faciə: baş həkimin müavini özünü asdı

52486“Xəzər” klinikasının həkimi özünü iş otağında asıb

Bakıda yerləşən xəstəxanada faciə olub. Nizami rayonu ərazisində yerləşən “Xəzər” klinikasında baş həkimin müavini özünü iş otağının qapısından iplə asıb.

Nizami Rayon Prokurorluğundan Milli.Az-a bildirildi ki, Qara Qarayev küçəsi 69 ünvanında yerləşən “Xəzər” klinikasının baş həkiminin müavini Nəbiolla Heydərli iş otağının qapısının çərçivəsindən iplə asılmış vəziyyətdə aşkarlanıb. Onun özünə qəsd etməsinin səbəbini öyrənməyə çalışırıq.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR