Boşboğazlıq..?

novostroyki_123-300x214Azərbaycanda sosial mənzillərin tikilməsi ilə bağlı məsələ Milli Məclisin payız sessiyasında gündəmə gətiriləcək. Bunu Milli Məclisin Sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib. M.Quliyev bildirib ki, sosial mənzillərin tikilməsi və güzəştli şərtlərlə insanlara verilməsi ilə bağlı ya bir qanun qəbul edilməli, ya da bu məsələ aktuallaşdırılaraq Nazirlər Kabinetinin nəzərinə çatdırımalıdlr: “Hər il Azərbaycanda 80-85 min arası insan evlənir və onların çoxunun yeni mənzillərə ehtiyacı var. Düzdür, ipoteka, o cümlədən sosial ipoteka kreditləri verilir, amma bunlar kifayət etmir, hər kəsin əmək haqqı ipoteka ilə mənzil almağa imkan vermir. Mənzil problemini həll etmək üçün dünya dövlətlərinin sosial evlərin tikilməsi və uzun müddətə insanlara verilməsi sahəsində çox gözəl modeli var. Hesab edirəm ki, onu Azərbaycana tətbiq etmək olar”. M.Quliyev bildirib ki, təcrübəyə əsasən, sosial mənzillər kirayə müqaviləsi bağlanmaqla insanlara verilir, amma o, vətəndaşın öz evidir: “Tutaq ki, 20-25 il ərzində ayda 200-250 manat verməklə bunu həyata keçirmək olar. Sosial mənzillərin tikilməsi üçün müvafiq bir fond da yaratmaq olar. İşçi ilə işəgötürən hərəsi ora müəyyən faiz vəsait də toplaya bilər və yaxud da ki, dövlət özü bunun üçün müəyyən vəsait ayıra bilər”. M.Quliyev hesab edir ki, bu modellə mənzil problemini səmərəli şəkildə həll etmək olar: “Belə təcrübə bir çox dünya dövlətlərində tətbiq olunub və çox gözəl nəticə verib. Düşünürəm ki, Azərbaycan da bu təcrübədən istifadə etməlidir. Parlamentin payız sessiyasında bu məsələni qaldırmaq niyyətindəyəm”. Qeyd edək ki, M.Quliyev sosial mənzillərin tikilməsi ilə bağlı təkliflər irəli sürüb, lakin məsələ hələ Milli Məclisdə gündəliyə gətirilməyib. (day.az). Azərbaycanda evsizlərin statistikası aparılmır. Ancaq xeyli QHT-nin məlumatına görə, Bakıda 50 min civarında evsiz var. (haqqin.az). İqtisadi və Sosial inkişaf mərkəzinin rəhbəri Vüqar Bayramovun fikrincə, bu problemi mənzil fondu yaratmaqla həll etmək olar: “ Yəni gənclərə güzəştli şərtlərlə mənzillər verilir. Ayda 70 manat ödəməklə bunu etmək olar. 20 ildən sonra mənzil ailəyə verilir. 2009-cu ildə qəbul olunmuş Azərbaycan Mənzil Məcəlləsində də sosial mənzillərin tikilməsi təsbit olunub. Təəssüf ki, hələ bu məsələdə irəliləyiş yoxdur”. İqtisadçı İlham Şaban isə Qafqaz Xəbər Agentliyinə bildirdi ki, bu gün neftin qiyməti 47 dollardır: “ Neftin qiyməti 113 dollar olanda sosial mənzillər tikilmədisə, bu gün bunu demək boşboğazlıqdır”. Deputat Fazil Qəzənfəroğlu isə bildirdi ki, parlamentin növbəti iclasının gündəliyi Musa Quliyevə haradan məlumdur: “ Axı, iclasın gündəliyi hələ müəyyən olunmayıb. Həm də neftin qiymətinin düşdüyü bir vaxtda sosial mənzillərin tikilməsi real deyil”. Milli Məclisin digər üzvü İlyas İsmayılov isə təəccübünü bildirdi: “ 30 sentyabrda axırıncı iclas olacaq. Hələ iclasın gündəliyi məlum deyil”. Yeri gəlmişkən, Musa Quliyev ötən ilin sonunda sosial məzillərin tikilməsinin əleyhinə olmuşdu: “ Baxmayaraq ki, deputatların əksəriyyəti sosial mənzillərin tikintisinin artırılmasını təklif edir, məncə dövlət büdcəsini yükləmək olmaz. Bunun üçün sadələşmiş şərtlərlə və aşağı qiymətə sahibkarları bu işə cəlb etmək lazımdır”. (abc.az).

Rəşad Rüstəmov

Qafqaz Xəbər Agentliyi 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR