Bakı çimərliklərində “od tutub yanan” qiymətlər…

8229a46845212c109d952be6f5f43f82Sosial şəbəkələrdə son günlər ən çox müzakirə olunan mövzulardan biri də Bakı çimərliklərində olan özbaşınalıqdır. Belə ki, Xəzərin ətrafını hasarlayan işbazlar əhalini dənizə buraxmaq üçün onlardan pul tələb edirlər.
Məsələni araşdırmaq üçün Bakı sakinlərinin daha çox baş çəkdiyi “Şıxov” çimərliyində olan Moderator.az – ın müxbiri baş verənlərlə yerindəcə tanış olub.
Müxbirimizin ziyarət etdiyi ilk məkan “1001 gecə” istirahət mərkəzi olub. Bu çimərliyə daxil olan hər bir şəxsdən 5 azn tələb olunur, daha sonra isə əraziyə daxil olan zaman “besedka”da oturmaq üçün daha 5 – 10 azn ödəməlisən.
Müxbirimizə məsələ ilə bağlı danışan administrator çimərliyin pullu olmasına qeyri – adi  formada haqq qazandırdı.
Administratorun sözlərinə görə, çimərlik pulsuz olsa əraziyə çoxlu insanlar gələr, nəticədə oğurluq, cinayət hadisələri çoxalar. Müxbirimizin baş çəkdiyi “Ramada” istirahət mərkəzində də vətəndaşlar əraziyə pulla buraxılırdı.
Adminstratorun müxbirimizə bildirdiyinə görə, adi günlər çimərliyə giriş 20 azn, istirahət günləri isə 30 azn – dir.
“Aysberq” çimərliyinə də vəziyyət fərqli deyildi, bura daxil olmaq 5 azn idi. Çimərlik ərazisinə daxil olduqdan sonra təqdim olunan müxtəlif xidmətlərə uyğun olaraq ödənişlər edilməlidir.
Göründüyü kimi uzun müddətdir ki, cəmiyyətin sərt tənqid və təpkisi hələ ki, heç bir nəticə verməyib. İşin maraqlı tərəfi budur ki, işbzlar baş vermiş son təpkilərdən sonra qiymətləri daha da artırıblar. Uzun illərdir, çimərliyə baş çəkən şəxslərin müxbirimizə verdiyi xəbərə görə, ötən il girişi 2 – 3 manat olan çimərliklərə hazırda giriş üçün azı 5 – 10 azn tələb olunur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR