Məşhur aktyor zibillikdə çörək axtararkən – FOTOLAR

publika.az144044327718034910-R3L8T8D-650-gere-feature-2Hollivud ulduzu Riçard Girin baş rolda çəkildiyi “Qədim tarix” filminin çəkilişi zamanı meydançada maraqlı anlar yaşanıb.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, Nyu-Yorkda istirahət edən fransız qadın ailəsi ilə birlikdə şəhərdə gəzərkən öz pizzasını zibil qabında yemək axtaran səfil bir kişiyə verir. Kişi qadına təşəkkür edərək tez oradan uzaqlaşıb.

Otelə qayıdan qadın səhəri gün zibillikdə yemək axtaran kişinin fotosunu qəzetlərin manşetində görəndə heyrətini gizlədə bilməyib. Məlum olub ki, qadın təsadüfən “Qədim tarix” filminin növbəti epizodunun çəkildiyi meydançaya girib. Onun pizzaya qonaq etdiyi “səfil” isə filmin baş rol ifaçısı Riçard Gir imiş.

Riçard Gir və çəkiliş qrupunun üzvləri bu anı insan səxavəti kimi qiymətləndiriblər. Həmin təsadüfi kadrın filmə daxil ediləcəyi də istisna edilmir.678442355db6b8d67fc61440443277_18035860-R3L8T8D-650-gere12 297784555db6b8d5364f1440443277_18035310-R3L8T8D-650-gere6 346092155db6b8d5d86e1440443277_18035810-R3L8T8D-650-gere4 543478055db6b8d482301440443277_18035110-R3L8T8D-650-gere5

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR