Bakıda sərnişin avtobusu yol getdiyi yerdə yandı-VİDEO

107783_res_01Bu gün saat 14.40 radələrində Heydər Əliyev prospektində (“Olimpiya” stadionunun qarşısında) “Daewo” markalı avtobus od alıb.

Musavat.com xəbər verir ki, avtobus hərəkətdə olarkən alışıb. Sərnişinlər avtobusdan düşürüldükdən sonra alov bütün avtobusu bürüyüb. Hadisə yerinə FHN-in yanğın söndürənləri gəlib. Hazırda avtobus söndürülür.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR