Ukrayna-Rusiya sərhədi bağlanır

66311

Ukraynada Prezident Petro Poroşenko Rusiya Federasiyası ilə sərhəddəki nəzarət-buraxılış məntəqələrinin müvəqqəti bağlanılması ilə əlaqədar təcili tədbir görməyi tapşırıb.

ANS PRESS-in məlumatına görə, Milli Təhlükəsizlik və Müdafiə Şurasının qərarında deyilir ki, sərhədi keçmək qadağası avtomobil, dəniz nəqliyyatı və piyadalara aid edilir. Hərçənd ki, ehtiyac olduğu halda o, “başqa nəqliyyat növlərinə” də şamil edilə bilər.

Şuranın nümayəndəsi Andriy Lısenko deyib ki, söhbət nəzarət-buraxılış məntəqələrinin bağlanılması və sərhədin demarkasiyası ilə bağlı sənədlərin hazırlanmasından gedir.

Bundan əvvəl Ukrayna prezidenti Rusiya ilə sərhəddə əzamətli müdafiə kompleksinin qurulacağı barədə bəyanatla çıxış etmişdi.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR