“Azercell” operatoru Şamaxının Qızmeydan kəndində “sönüb”

1405053547_eli-abbasovsdArtıq ölkəmizdə fəaliyyət göstərən “Azercell”, “Bakcell” kimi mobil rabitə operatorların xidmətindən narazılıq son həddə çatıb. Dünyada analoqu olmayan bahalı qiymətlərlə yanaşı, ən keyfiyyətsiz xidməti də bu operatorlar nümayiş etdirir. Dəfələrlə rabitə və yüksək texnologiyalar naziri cənab Əli Abbasov da bu operatorlara iradlarını bildirib. Redaksiyamıza da tez-tez bu operatorların müştərilərinin şikayətləri daxil olur. Oxucumuz Əli Yaqubov Azercell-in yarıtmaz fəaliyyəti ilə bağlı  Qafqaznews.az-a məktub göndərib. Məktubu olduğu kimi dərc edirik:

“Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev cənabları və ölkənin Birinci xanımı, H.Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın ölkəmizin inkişafı üçün etdikləri göz önündədir. Azərbaycan günbəgün inkişaf edir və bu yerli, eləcə də dünya mətbuatının diqqətindən yayınmır. Cənab prezident bütün çıxışlarında dövlət qurumlarını, iş adamlarını xalqın həm maddi rifahının, həm də digər təminatlarının yaxşılaşdırılması üçün addımlar atmağa çağırır, hər vasitə ilə belə addım atanları dəstəkləyir və özünün bütün əməli işləri ilə bu yöndə nümunələr göstərir. Amma bəzi qurumlar bunu ya eşitmir, ya da özlərini eşitməzliyə vururlar. Konkret misal göstərim. Respublikada fəaliyyət göstərən üç mobil operatorun bölgələrdə ötürücü stansiyalar qurub əhaliyə xidmət göstərmələri əlbəttə ki, təqdirəlayiqdir. Lakin bu stansiyalardan mənə məlum olan Azərcell−də internet üçün sürət ötürücü qurğunun olmaması kənd əhalisinə (onlar bunu əsasən bilmirlər) xeyli maddi ziyan vurur. Belə ki, Bakı şəhərində sürət 4G, rayon mərkəzlərində, məsələn Şamaxıda 3G−dir. Kəndlərdə isə, məsələn, Şamaxının Qızmeydan kəndində (əlbəttə ki, həm də digər kəndlərdə) bu “sıfırdan bir az bəri” nəsil ola? ya olmaya (əgər belə ölçü varsa). Mən şəxsən özüm bu haqda 07 avqust 2015-ci il tarixindən Azercell operatorunun 4904949, əlavə 110 nömrəsinə dəfələrlə sorğu ilə müraciət etmişəm. Hər dəfə “sizin sorğunuz araşdırılır, əlavə məlumat veriləcək” cavabı verilib. Guya bilmirlər ki, bu həqiqətən belədir. Müvafiq qurumlardan xahiş edirəm ki, bu problemin aradan qaldırılmasına kömək etsinlər”.

Qafqaznews.az

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR