Bakıda soyğunçuluqla məşğul olan dəstə tutuldu

108412_res_01 (1)Neftçilər prospektində eyni gündə ayrı-ayrı saatlarda Bakı şəhər sakini Fərid Sadıyevi və Lerik rayon sakini Adil Zaidovu hədələyərək mobil telefonlarını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən dəstə tutulub.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Səbayel Rayon Polis İdarəsinin (RPİ) 39-cu Polis Bölməsinin (PB) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Kürdəmir rayon sakinləri – 1993-cü il təvəllüdlü Ricay Müşfiq oğlu Hidayətov, Hacıağa Sahib oğlu Həsənov, Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Mikayıl oğlu Hacıyev və Xaçmaz rayon sakini, 1998-ci il təvəllüdlü Rövşən Abdulşah oğlu Məmmədov tutulublar.

Şübhəli şəxslər ətrafında aparılan ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, onlar avqustun 30-da günorta saatlarında Neftçilər prospektində Bakı şəhər sakini Səttar Mehdiyevin etibarından sui-istifadə edərək mobil telefonunu dələduzluq yolu ilə talayıblar.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR