«AAİB Ermənistanı təxribat üçün istifadə edə bilər»

vah_id_ahmedovIMG_0282

Yaxın zamanlarda qonşu Ermənistan AvrAsiya İqtisadi Birliyinə daxil ola bilər. Bu təşkilat Ermənistanın ora üzv olacağı təqdirdə nə qazanacaq və nə itirəcək? Bəs Ermənistanın özü hansı dividendlər əlda edəcək? Bu və digər suallara cavab tapmaq üçün qafqaznews.org millət vəkili Vahid Əhmədovdan müsahibə alıb.

– Son zamanlar KİV-də Ermənistanın Avrasiya İqtisadi İttifaqına (AAİİ) daxil olacağı haqqında fikirlər yer alır. Ermənistanın AAİİ-yə daxil olması bu təşkilata nə verəcək?

– Ermənistan faktiki olaraq artıq AvrAsiya İqtisadi İttifaqındadır. Qalır bu məsələni hüquqi cəhətdən təsdiqləmək. Düşünürəm ki, bu baş verəcək. Çünki Ermənistan faktiki olaraq dövlət deyil. Bu Rusiyanın müstəmləkəsidir. Ermənistanın əsas fondları Rusiya tərəfindən alınıb. Bu ölkənin iqtisadi durumunun nə yerdə olduğu sizə məlumdur. Ona görə də hesab edirəm ki, Ermənistan AAİİ-yə onsuz da nə vaxtsa daxil olacaqdır. Bu təşkilata üzvlük Ermənistana heç nə verməyəcək. Ermənistan Dağlıq Qarabağ məsələsini həll edə və Azərbaycanla razılığa gələ bilməyəndə çox şeyi itirdi. Ermənistan faktiki olaraq 1993-cü ildən etibarən gerçəkləşən və gerçəkləşməsi nəzərdə tutulan layihələrdən kənarda qaldı. Görün Gürcüstan bu layihələrdən necə istifadə etdi. Baxın görün Gürcüstan necə yaşayır və Ermənistan nə gündədir. Ona görə də bu ölkənin AvrAsiya İqtisadi İttifaqına daxil olacağı təqdirdə heç nə dəyişməyəcək.

– AAİİ-ı üzvləri üçün Ermənistan kimi kasıb ölkənin bu təşkilata üzv olması nə dərəcədə vacibdir. Demək olarmı ki, bu plkə AAİİ üçün ballast olacaq?

– Sizə məlum olduğu kimi Ermənistanda Rusiya qoşunlarının bazası var. Gümrüdə böyük rus hərbi bazası mövcuddur. Bu bazadan istənilən an digər dövlətlərə qarşı istifadə edə bilərlər. Bu əsas səbəbdir. İkinci səbəb ondan ibarətdir ki, Ermənistan, qeyd etdiyim ki, faktiki olaraq Rusiyanın müstəmləkəsidir. Bu ölkənin prezidenti müstəqil siyasət aparmır. O, Rusiyanı razı salacaq siyasət aparır. Ermənistan AAİİ üçün yük olacaq. Baxən görün bir, Ermənisyanın nəyi var? Mən başa düşürəm Qazaxıstan, Orta Asiya. AvrAsiya İqtisadi İttifaqında Ukrayna böyük əhəmiyyət kəsb edə bilərdi. Ukrayna buraya daxil olsaydı, bu ittifaq çox güclü olacaqdı. Ancaq Ermənistanın bu ittifaqa daxil olması heç hiss olunmayacaq.

– Belə təsəvvür yaranıb ki, AAİİ-yə daxil olan ölkələr üçün Ermənistanın təşkilata üzv olub-olmamasını elə də əhəmiyyəti yoxdur.

– Bu ölkələr böyük təcrübəyə malikdirlər. Onlar Ermənistanın nə olduğunu yaxşı bilirlər. Onlar bilirlər ki, Ermənistan çox kasıbdır, bu ölkənin əhəmiyyət kəsb edəcək bir şeyi yoxdur. Bu ölkələr Ermənistanın dünyada söz sahibi olmadığını gözəl başa düşürlər. Son 23 il ərzində mən Ermənistan prezidentinin öz fikrini söyləməsinin şahidi olmamışam. Çıxış etməzdən əvvəl o, fikirlərinə Rusiyada necə yanaşılacağını düşünür, onun çıxışı Moskvada necə qiymətləndiriləcək. Bizdə isə tam əksinədr. Azərbaycan Prezidenti dünyada söz sahibidir, o, sözünü deyir, onun özünün istiqaməti, öz xarici siyasət kursu var. Bizdə belə problemlər yoxdur.

– Ermənistanın AAİİ-yə daxil olması Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə necə təsir edə bilər?

– Ermənistanın AAİİ-yə daxil olması, zənnimcə, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə heç cür təsir etməyəcək. Dağlıq Qarabağ problemi MDB və Rusiya hüdudlarını aşıb. Dağlıq Qarabağ münaqişəsi artıq beynəlxalq məsələyə çevrilib. Çox təəssüf ki, bu problem uzanıb. Dağlıq Qarabağ məsələsini bir dövlət həll etmir. ABŞ, Fransa, Rusiya bir tərəfdən müttəfiqdirlər, digər tərəfdən isə razılığa gəlib bu məsələni həll edə bilmirlər. Ermənistan prezidentinin və xalqının özləri hər şeyi başa düşməlidirlər. Çünki onlar regionda həyata keçirilən bütün layihələrdən kənarda qalıblar. Ermənistan xalqı çox pis vəziyyətdə yaşayır. Ermənistan Azərbaycanla razılığa gəlməli və bu problemi həll etməlidir.

– Ermənistanın AAİİ-yə daxil olması Ermənistanın özünə nə kimi xeyir verəcək?

– Ermənistanın özü də AAİİ-yə daxil olmaqdan heç nə gözləmir. AAİİ-nin üzvləri Ermənistanın nə olduğunu, onun imkanlarının nədən ibarət olduğunu gözəl bilirlər. AAİİ-də Ermənistanı öz hərbi məqsədləri və ya təxribat üçün, sonradan isə Dağlıq Qarabağ məsələsində istifadə edə bilərlər. Bu da Azərbaycana hansısa təzyiq göstərmək üçün edilə bilər. Lakin Azərbaycan Prezidenti öz fikrini artıq bildirib. Bütün büynəlxalq təşkilatlar bəyan ediblər ki, Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. Dağlıq Qarabağ isə Azərbaycanın tərkib hissəsidir. Ermənistanın AAİİ-yə daxil olması nə Ermənistanın özünə, nə də təşkilata heç bir fayda verməyəcək.
Kərim Sultanov
QAFQAZ Xəbər Agentliyi (Qafqaznews.org)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR