Qaradağ rayonunda başçı oliqarx yetişdirir… – İDDİA

1442303410_0001Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri Rasim Rəsul oğlu Əhmədov qanunlara məhəl qoymadan Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi 5C ünvanında yerləşən qeyri-yaşayış binasını əsl sahibinin əlindən almağa çalışır.

Bununla bağlı Vertikal.az-a dail olan məlumatlarda deyilir ki, Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarış, həmçinin Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş texniki pasport sözügedən binanın Qaradağ rayon sakini Çingiz Zahid oğlu Sultanovun mülkiyyətində olduğunu təsdiqləyir. Lakin buna baxmayaraq, himayəsində olduğu şəxslərə arxalanan Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri vətəndaşın konstitusiya ilə qorunan mülkiyyət hüququnu pozmaqdan əl çəkmir.

Verilən məlumatda qeyd olunur ki, 15 ildən artıqdır ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri vəzifəsində çalışan Rasim Əhmədov rayon ərazisindəki ən gəlirli sahələri, eləcə də obyektləri nəzarəti altına almağa müvəffəq olub. Onun külli miqdarda sərvətə sahib olduğunu vurğulayan məlumatlı şəxs iddia edir ki, Rasim Əhmədov Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 6-cı maddəsinin, eləcə də “İnsan Hüquq və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında” Avropa Konvensiyasına əlavə edilmiş 1 saylı Protokolun tələblərini kobud surətdə pozur: “Deyilənlərə görə, bu gün Qaradağ rayonunda “qılıncının hər iki üzü kəsən” məmurlar sırasında qərarlaşan mənzil-kommunal təsərrüfatı birliyinin sədri Rasim Əhmədovun mal varlığı milyonlarla manatın üzərindədir. Belə ki, o, Lökbatan qəsəbəsində onlarla obyektin ya sahibidir, ya da şərikidir. Bundan başqa, Lökbatan qəsəbəsində yerləşən “Xocahəsən” kafesinin yanındakı hamamı öz balansında saxlayan Rasim Əhmədov həmin obyektin icarə haqqından əldə olunan gəliri də öz malı kimi xərcləyir. Hələ bu, harasıdır. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədrinin rayon ərazisində bir neçə apteki, marketlər şəbəkəsi də var. Bu kiçik məmur-oliqarxın avtomobil kolleksiyasına isə söhbət belə ola bilməz. Deyilənlərə görə, Rasim Əhmədovun evinin qarşısında “BMW X6”, “Porsche”, “Toyota” və digər tanınmış markalardan olan 5-6 avtomobil dayanır. Həmin maşınların hər birinin qiyməti isə 110 min manatla 150 min manat arasında dəyişir. Həmin maşınların hamısı bahalı, yəni “zerkalnı” dövlət nömrə nişanları ilə təmin olunub. Həmçinin o da qeyd olunur ki, Rasim Əhmədovun obyektlərinin çoxu kirayəyə verilib və ən kiçik obyektinin aylıq kirayə haqqı 5 min manatın üzərindədir”. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədrinin kirayə verdiyi obyektlərdən icarə haqqını özü topladığını bildirən məlumatlı şəxsin sözlərinə görə, elə bu səbəbdən də rayonda demək olar ki, hər kəs Rasim Əhmədovun avtomobilini çox gözəl tanıyır: “Çünki hər ayın əvvəli o, avtomobili ilə obyektlərini bir-bir gəzir və kirayə pullarını toplayır. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin sədri ən böyük “ov”unu isə rayon ərazisindəki evlərin, obyektlərin sökülməsi zamanı edir. Belə ki, bir sıra şəxslərlə işbirliyində olan Rasim Əhmədov ərazidən köçürülən vətəndaşlara ayrılan vəsaitlərin bir hissəsini müxtəlif yollarla başqa istiqamətlərə yönəltməyə nail olur. Bundan başqa, onu da nəzərinizə çatdırım ki, Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi son illər bir neçə dəfə dövlətə olan vergi borcunu ödəməyən qurumlar sırasında qərarlaşıb. Lakin buna baxmayaraq, hələ də Rasim Əhmədov barəsində müvafiq ölçü götürülməyib”. Qaradağ Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin fəaliyyətinin vətəndaşları narazı saldığını deyən mənbə qeyd edir ki, Rasim Əhmədov üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirmir: “Deyilənlərə görə, o, səhlənkarlıq nümayiş etdirir, vətəndaşlarla kobud rəftar edir. Belə ki, hansısa problemə görə Rasim Əhmədovun qəbuluna düşmək istəyən vətəndaşlar buna nail ola bilmir. O, nadir hallarda şikayətçi qəbul edir. Onda da şikayətçilərlə elə rəftar edir ki, şikayətçi qəbula düşməyinə peşmanolur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR