Deputat Asim Mollazadə: “ Erməni lobbisi öz məqsədinə nail olmayacaq”

publika.az14038570691363938986_0001Sentyabrın 10-da Avropa Parlamentinin plenar iclasında Azərbaycanla bağlı qətnamə qəbul edib. Qətnamədə Azərbaycan hakimlərinə, bu ölkənin rəsmi şəxslərinə və siyasətçilərinə qarşı sanksiyalar tətbiq etmək, habelə onlara viza qadağası qoymaq tələbi ifadə olunur. AP qətnamədə Azərbaycan hökumətinə tövsiyyə edib ki, ATƏT-in Bakı ofisinin bağlanması ilə bağlı qərara yenidən baxsın və qurumla əməkdaşlığa qayıtsın. AP-nin qətnaməsində vətəndaş cəmiyyəti fəalları, hüquq müdafiəçiləri və jurnalistlər: Xədicə İsmayılova, Arif və Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, İntiqam Əliyev, Rauf Mirqədirov, Ömər Məmmədov, Tofiq Yaqublu, Nicat Əliyev, Araz Quliyev, Pərviz Həşimli, Seymur Həzi, Hilal Məmmədov, Taleh Xasməmmədov, İlqar Məmmədov və bütün digər siyasi məhbusları qeyd-şərtsiz azad etmək, habelə onlara qarşı bütün ittihamları ləğv etmək çağırışı yer alıb.
Biz Milli Məclisin üzvləri Asim Mollazadə və Gövhər Baxşəliyevadan qətnamə barədə fikir bildirməklərini xahiş elədik.
Asim Mollazadə
qafqaznews.org-a bildirdi ki, təəssüf doğurası haldır ki, Avropa Parlamenti avropa dəyərlərinə, əməkdaşlığa uyğun olmayan belə bir sənəd qəbul edib: “ Bu “böyük qardaş”ın gögovher-baxseliyevastərişini xatırladır. Bizə yeni “böyük qardaş” lazım deyil. Düzdür, biz Avropa İttifaqı ilə əməkdaşlığa hazırıq, ancaq, imkan vermərik ki, bizimlə bu tonda danışsınlar. Bu sənəd Azərbaycanın inkişafından narahat olan erməni lobbisinin təsiri ilə hazırlanıb və səlib yürüşünü xatırladır”.
MM-in digər üzvü Gövhər Baxşəliyeva isə qafqaznews.org-a bildirdi ki, Azərbaycan xalqı inamla inkişafa doğru gedir: “ Biz eyni gəminin sərnişinləriyik. Və hamımız marağında olmalıyıq ki, gəmi lazım olan məqsədə doğru salamat irəliləsin”.
Deputatın fikrincə, biz imkan verməməliyik ki, Azərbaycanı kimlərsə ərəb ölkələrində və Ukraynada olan kimi vətəndaş müharibəsi meydanına çevirsinlər: “ Azərbaycan xalqı həmişə öz ərazi bütövlüyünün keşiyində duracaq. Biz hamımız gəminin kapitanı – ölkə prezidentinin ətrafında sıx birləşməliyik”.
Həsən Rüstəmoğlu
Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR