Bakıda tekila festival keçiriləcək

1443590863_1443587301_121933_orBakıda tekila festivalının keçirilməsi nəzərdə tutulur.
Qafqaznews.az-ın məlumatına görə, bu barədə “Report”a Meksikanın Azərbaycandakı səfiri Rodrigo Labardini bildirib.
Onun sözlərinə görə, festival oktyabrın sonlarına planlaşdırılır. Festivalda tekilanın müxtəlif növləri nümayiş olunacaq, həmçinin bu içki  növü üzrə Meksikadan dəvət olunacaq ekspert tekilanın sortları və istehsal prosesi barədə məlumat verəcək.
Bundan əlavə, Bakıda Meksika filmlərinə baxışın təşkil edilməsi, eləcə də fotosərginin təşkili də nəzərdə tutulur.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR