​Türkiyə hökumətinin təcili toplantısı keçirilir

5a3f6a47-f8b4-4e2e-b75e-2f1bdb252465_292Ankarada baş verən partlayışla bağlı Türkiyənin baş naziri Əhməd Davudoğlu hökumət üzvləri və güc strukturları rəhbərlərinin təcili toplantısını keçirir.

“Report” xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Məlumata görə, Əhməd Davudoğlu 3 günlüyə seçki təbliğatı kampaniyasını və seçicilər qarşısında çıxışını dayandırıb.

Xəbərər görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da İstanbulda keçirdiyi tədbiri təxirə salaraq, Ankaraya qayıdıb.

Müxalifət partiyalarının liderləri də seçkiqabağı təbliğat kampaniyasını apardıqları bölgələrdən ölkə paytaxtı Ankaraya dönüblər.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR