Azərbaycanın dövlət qurumu mobil operator şirkətindən 752 min manat tələb edir

c5338717-1e3e-43e6-991c-40860234a7a2_292Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi “Bakcell LTD” Məhdud Məsuliyyətli Cəmiyyətini (MMC) məhkəməyə verib.

“Report”un məlumatına görə, “Aztelekom” MMC-yə qarşı 752 140.07 manat zərərin alınması barədə tələb irəli sürüb.

İddiaya 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində baxılır.

Qeyd edək ki, “Aztelekom” 1992-ci ilin avqust ayında yaradılıb.

1994-cü ildə təsis edilən “Bakcell” isə Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

 

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR