Avtobus sürücüsünü bıçaqlayan sərnişin: “Dedim ki, ağsaqqal, içkilisən?” (VİDEO)

img1920618Sərnişin, avtobusu sürətlə idarə edən sürücünü  bıçaqladı.
 
Hadisə Sumqayıtda 3 saylı maaşrut üzrə hərəkət edən sərnişin avtobusunda baş verib.
51 yaşlı Namik Yahyayev İsuzu markalı sərnişin avtobusunu yüksək sürətlə idarə edib. Bu, avtobusda sərnişin qismində əyləşən Elçin Qasımovun xoşuna gəlməyib, və  o, sürücüdən avtobusu saxlamasını tələb edib. Sürücü avtobusu saxladıqdan sonra tərəflər arasındakı mübahisə əlbəyaxa davaya çevrilib. Bu zaman Elçin Qasımov sürücünü döyərək çanaq sümüyünü sındırıb və bıçaqla xəsarət yetirib.
Elçin Qasımov – saxlanılan şəxs: “Dedim ki, ağsaqqal, sən içkilisən? Telefonla danışırdı, eşitmədi. Bir də soruşdum ki, içkilisən? Dedi ki, sənə nə. Dedim, saxla, düşək maşından. Dedi ki, gedək “koneç”də söhbət edək. Dedim, mən burda qalıram, saxla, düşürəm. Dedi, onda gəl burada düşək. Maşını quyunun yanında saxladı. Qapı açıldı, düşdüm quyuya, o da mənim dalımca düşdü”.
Hadisə zamanı xəsərət alan sürücü Namik Yəhyayev Sumqayıt şəhər təcili tibbi yardım xəstəxanasına yerləşdirilib. Saxlanılan şəxs əvvəllər cinayət məcəlləsinin xuliqanlıq maddəsi ilə təqsirli bilinərək məhkum olunub. Faktla bağlı araşdırmalar aparılır. (Region TV)

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR