13 yaşlı oğlunun böyrəyini satmaq istəyən ata tutuldu – ŞOK OLAY

1445686614_113 yaşlı oğlunu böyrəyini satmaq üçün Ankaradan İstanbula aparan ata tutulub.

Moderator.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, 38 yaşındakı M.B. saxlanılıb, oğlu Ü.B. isə Sosial Xidmətlər Təşkilatı tərəfindən himayəyə götürülüb.

Böyrək tacirləri ilə əlaqə quran ata övladının böyrəyini 50 min lirəyə satacaqmış. Spirtli olduğu vaxtda məhəllə kafesində oğlunun böyrəyini satacağını deyən M.B. daha sonra bu sözləri inkar edib. Bir müddət sonra da qonşularına iş tapdığını və 50 min lirə alacağını deyərək İstanbula gedəcəyini söyləyib.

Ancaq bu durumdan şübhələnən qonşular polisə şikayət edib. M.B. polis tərəfindən təqib olunmağa başlanıb. Şübhələr təsdiqləndiyindən M.B. polis tərəfindən saxlanıb. Məlum olub ki, bu şəxs 3 il əvvəl öz böyrəyini satıb.

Polis böyrək alveri ilə məşğul olan mütəşəkkil dəstəni üzə çıxarmaq üçün səylərini davam etdirir.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR