Filmin büdcəsi 410 milyon dollar təşkil edəcək.
Hazırda Hollivudda çəkilişləri davam edən “Betmen Supermenə qarşı” filmi, dünya üzrə rekordları qırmaqda iddialıdır.
Filmin büdcəsi 410 milyon dollar təşkil edir. Bu isə o deməkdir ki, film, dünya kinematoqrafiya tarixində ən bahalı ekran əsəri olacaq. “Betmen Supermenə qarşı” filmi hələ 2016-cı ildə ekranlara çıxacaq. İki məşhur və sevimli qəhrəmanın mübarizəsindən bəhs edəcək filmin nümayişi səbrsizliklə gözlənilir. Baş rollarda Ben Aflek(Betmen) , Qal Qadot, Cessi Ayzenberq və Qenri /Kavil (Supermen) olacaq.
“Betmen Supermenə qarşı”
Hal-hazırda, dünyanın ən bahalı filmi “Karib dənizinin quldurları: qəribə sahillərdə” filmi hesab olunur. 2011-ci ildə çəkilmiş bu filmin büdcəsi 378,5 milyon dollara bərabər idi.
Bu personaj rəssam Bob Keyn və yazıçı Bill Finqer tərəfindən yaradılıb. İlk dəfə 1939-cu ilin may ayında “Detektiv komiksləri” (ing. Detective Comics) buraxılışının 27 nömrəli sayında dərc edilib. Komiksdəki hadisələr Nyu-York şəhərinin elementləri ilə Çikaqo şəhərinə bənzəyən uydurulmuş Qotem şəhərində baş verir. Betmenin gerçək şəxsiyyəti xeyriyyəçi olan Brüs Ueyndir. Atası həkim Tomas Ueyn və anası Marta Ueyndir. Günlərin birində onlar gecə vaxtı kinoteatrdan çıxan zaman küçə oğrularından biri olan Co Çill tərəfindən öldürülüb./anspress