Ərəb qaçqınlar İsveçdə lüks həyat tələb edir

115077_res_01Qaçqınlar İsveç hökuməti üçün ən böyük problemə çevrilib.

Hökumət cari ildə krallıqda təqribən 84 min qaçqın qəbul edəcəyini gözləyirdi. Lakin 9,8 milyon əhalisi olan ölkədə oktyabr ayında bir həftə ərzində bura gələn qaçqınların sayında (9, 5 min nəfər) yeni rekord müəyyən olunub. Beləliklə, 2015-ci ildə məcburi köçkünlərin ümumi sayı 100 mini ötərək təqribən 105 min təşkil edir. Bu, Avropa İttifaqında əhalinin sayına görə rəsmən ən böyük göstəricidir.

Hökumət vəziyyətlə əlaqədar gözləmələrinə düzəlişlər etməyə məcburdur. Məsələn, ötən həftə dərc olunmuş proqnoza əsasən krallıqda qaçqınların sayı bu il və gələn il 360 minədək arta biləcək. Miqrantların belə axınları İsveç ərazisində bir neçə iri şəhərin əhalisi ilə müqayisə oluna bilər.

Hökumət və müxalifət qaçqınların qəbulu istiqamətində mövcud siyasətin sərtləşməsi üzrə mühüm razılaşma əldə ediblər. Yeni qərara görə, Miqrasiya İdarəsi indi qaçqınlara daimi yaşayış sənədi əvəzinə 3 illik müvəqqəti yaşayış pasportu vermək hüququ alıb.

Lakin İsveç hökumətinin problemləri miqrantların qəbulu ilə məhdudlaşmır. Həmçinin krallıqda qaçqınları müvəqqəti yerləşdirilməsi üçün yerlərin kəskin çatışmazlığı müşahidə olunur. Bu məqsədlər üçün əvvəllər inzibati binalardan və istirahət üçün yay düşərgələrindən, hətta özəl tikintilərdən istifadə olunub. Lakin bəzən bu, sığınacaq axtaranların narazılığına səbəb olub.

Məsələn, ötən bazar günü Miqrasiya İdarəsinin avtobusu 35 məcburi köçkünü İsveçin Dalarna əyalətində Malunq şəhərinin 420 kilometrliyində yerləşən Lima kəndinə aparıb. Məmurlar qaçqınları yay turist parkının kiçik evlərində yerləşdirmək istəyiblər, lakin miqrantlar avtobusdan çıxmaqdan imtina ediblər, çünki onların fikrincə, yeni qəbul məntəqəsi şəhər mühitindən təcrid olunub (AZƏRTAC).

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR