Haşımova türkman qızının toyuna getdi – Video

1445973981Əməkdar artist Aybəniz Haşımova Ankarada toy məclisində olub.    Axar.az xəbər verir ki, sənətçi Türkiyə paytaxtında adaşı, türkman qızı Aybəniz Küzəcinin toyunda iştirak edib.   A.Haşımova toy mərasimində bildirib ki, 1989-cu ildə İraqda olarkən Türk Dünyası Jurnalistləri Federasiyasının baş katibi və Türkməneli Vəqfi Media Mədəniyyət Mərkəzinin başçısı Şəmsəddin Küzəci ilə görüşüb.   Ş.Küzəci A.Haşımovanın səsinə heyran qalıb və dünyaya gələn övladına onun adını verib. Sənətçi söyləyib ki, indi adaşının toyunda iştirak etmək ona nəsib olub. Müğənni toyda mahnılar oxuyub, bəylə gəlinə xeyir-dua verib.   Toy mərasimindən hazırlanan reportaj Ankara televiziyasında yayımlanıb.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR