5 gün ərzində 90 milyon baxıldı — video

60855_v8g6pf7qbvKeçən həftə yeni mahnısını təqdim edən britaniyalı müğənni Adel rekord qırıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, onun üç il fasilədən sonra təqdim etdiyi «Hello» klipi «Youtube» video portalında 24 saat ərzində 27 milyondan baxış toplayıb. Bu vaxta kimi isə rekord Teylor Sviftə məxsus idi. Onun klipinə eyni müddət aralığında 20 milyon baxılmışdı.

Hazırda Adelin klipi 90 milyona yaxınlaşır. Bundan başqa mahnı «iTunes»da 107 ölkədə liderliyə yüksələrək rekord yeniləyib.

«Hello»nun ilk həftə ərzində 1 milyon nüsxə satılaraq «platin status» alacağı gözlənilir. İlk 2 günə görə rəqəmlər belədir: ABŞ-da 450 min, Britaniyada 118 min nüsxə.

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR