“AST Telman”ın adı yenə Monika Belluçi ilə hallanır

7777777777777777777777777İspaniyanın “La Vuangardia” qəzetində yazılır ki…

Məşhur italyan aktrisası və modelyeri Monika Bellucinin 50 yaşı tamam oldu.

Oxu.Az virtualaz.org-a istinadən xəbər verir ki, Monikanın 50 illik yubileyinə dünyanın bir çox KİV-ləri diqqət ayırıblar.

Məsələn, İspaniyanın “La Vuangardia” qəzetində yazılır ki, Monika Belluci bu 50 illik həyatında iki dəfə ərdə olub. O, iki uşağının atası olan moda fotoqrafı Klaudio Karlos Vassodan boşanandan sonra aktyor Vensan Kassellə yaşamağa başlayıb. Münasibətlərinin yaranmasından bir il sonra onlar rəsmən evləniblər.

Lakin Vensan və Monika ötən il boşanıblar. Və bu boşanmaya səbəb kimi Monikanın Azərbaycan əsilli milyarder Telman İsmayılovla eşq münasibətlərinin olması göstərilir. O da bildirilir ki, aktrisa özü bu şayiələri nə təsdiq, nə də təkzib etməyib.

M.Belluci öz karyerasına moda biznesində başlayıb, daha sonra qısametrajlı filmlərdə rol almaqla məşhurlaşıb. 50 yaşının olmasına baxmayaraq o, hələ də yaraşıqlı və cazibədar görkəmə malikdir.

Aktrisanın 50 illiyi ilə bağlı yazan xarici KİV-lərin hamısı onun T.İsmayılovla məcarasını xatırladır.

1751

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR