Meksikanın Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyi fəaliyyətə başlayıb.
Virtualaz.org bildirir ki, məlumatı Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Məlumatda o da bildirilir ki, 2014-cü ilin 1 oktyabr tarixində Meksikanın Azərbaycan Respublikasındakı diplomatik nümayəndəliyinin müvəqqəti işlər vəkili Francisco Ernesto Romero Bock Xarici İşlər Nazirliyində qəbul edilib.