Xəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb – FOTOLAR/VİDEO

20151105-103611linkXəzərdə itkin düşən balıqçılardan birinin meyiti tapılıb

“Report”un məlumatına görə, bu gün səhər saatlarından başlayaraq  balıqçıların axtarşlarına helikopter cəlb olunub. Axtarışlar zamanı balıqçılardan birinin meyiti tapılıb. Hələlik adı məlum olmayan balıqçı balıq toruna ilişib. Balıqçının meyiti Xaçmazın Niyazabad kəndindən 6 kilometr aralıda tapılıb. Həmçinin axtarışlar zamanı itkin düşən balıqçılara məxsus gödəkcə və batan qayıq sudan çıxarılıb.
Xatırladaq ki, ötən gün səhər saatlarında  Xəzər dənizinin Xaçmaz rayonu Niyazabad kəndinə yaxın ərazisində balıqçı qayığı batıb. Havanın küləkli olması səbəbindən batan qayıqda olan üç nəfər – Xaçmaz rayonunun Tikanoba kənd sakinləri Həmzə Nurəddinov, Laçın Laçınov və Uzunoba kənd sakini İlqar Daşdəmirov itkin düşüb.

a22ac4e7-2ee7-48d7-9679-e1b146549285_640 5abc1a95-dc25-4814-84c5-f591d6d9fede_640

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR