Dini fanatizmə, yoxsa keçmişə dönüş..

1401901499_publika.az1389793973adlar-soyadlar“Azərbaycanda uşaqlara dinlə bağlı adların qoyulması halları artır”. Bunu Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib. O bildirib ki, son zamanlarda Azərbaycanda oğlan uşaqlarına daha çox Əli, Həsən, Hüseyn, qız uşaqlarına isə Fatimə, Zeynəb adları verilir: “Hətta bir vətəndaş bizə müraciət etmişdi ki, qızının adını Seyid Zeynəb qoymaq istəyir. Deyirdi ki, dindar adamdır, istəyir, uşağının adı Seyid Zeynəb olsun. Nəhayət uşağın adı Zeynəb şəklində qaldı”.
S. Sadıqova qeyd edib ki, uşaqlara verilən tarixi, müasir adların içərisində dinlə bağlı adların xüsusi çəkisi var: “Dinlə bağlı adlar artıq bizim dilimizdə oturuşub. Bu gün dinlə bağlı adlar uşaqlara həddindən çox qoyulur. 100ali_abbasov-filosof0 nəfər oğlan uşağından 500-ə Əli adı verilir”. (Day.az)
Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra Allah və İmam sözləri ilə başlayan adların qoyulması qadağan olundu.878f61433313522_nizami-ceferov-300x225
Müstəqillik əldə edilındən sonra Azərbaycanda öz tarixinə, keçmişinə, eyni zamanda dinə qayıdış oldu.
Əli, Həsən, Hüseyn, Fatma, Zeynəb adlarına olan maraq tarixə dönüşlə bağlıdır, yoxsa dinə qayıdışla..?
Mövzu ilə bağlı fəlsəfə doktoru, professor Əli Abbasov qafqaznews.org-a bildirdi ki, sovet dövründə belə adlar bəyənilmirdi, ancaq indi vəziyyət dəyişib: “ Bu islam dininə qayıdışla bağlıdır. Eyni zamanda milli ənənələrə dönüş də var”.
Məsələ ilə bağlı Milli Məclisin üzvü, professor Nizami Cəfərov isə qafqaznews.org-a bildirdi ki, Həsən, Fatma, Zeynəb adlarının qoyulması təkcə dinə qayıdışla bağlı deyil, bu adlar həmişə Azərbaycanda geniş yayılıb: “ İmam Əli isə həmişə Azərbaycanda cəsurluq, igidlik simvolu olub”.

Rəşad Rüstəmov

Qafqaznews.org

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR