Mövlan Şıxəliyev sahibkarı təhdid edərək ondan 5 milyon tələb edib

1336642106_etibar-eliyevAkif Qurbanov dostuna görə 9 ay MTN-də əziyyət çəkib

Ötən həftə mətbuatda gedən xəbərdən bəlli oldu ki, MTN-nin Baş istintaq idarəsinin rəisi Mövlan Şıxəliyev vəzifəsindən qovularaq istintaqa cəlb olunub. Mətbuatın yaydığı digər məlumata görə, bir neçə il əvvəl Texnika Bankın həbs olunan Müşahidə Şurasının sədri Etibar Əliyev yenidən Texnika Bankın Müşahidə Şurasının sədri vəzifəsinə qayıdıb. Redaksiyamıza daxil olan informasiya da yuxarıdakı məlumatlarla bağlıdır. Belə ki, redaksiyamıza verilən informasiya Etibar Əliyevin yaxın dostu olan, tanınmış iş adamı Akif Qurbanov barəsindədir. Məlumata görə, bir neçə il əvvəl, yəni Etibar Əliyevin həbsindən sonra onun yaxın dostu olan Akif Qurbanov bir toy məclisində MTN-nin Baş istintaq idarəsinin rəisi Mövlan Şıxəliyevlə bir masa arxasında oturmalı olub.

Toy məclisində söhbət Etibar Əliyevdən düşür və Mövlan Şıxəliyev Etibar Əliyevin arxasınca nalayiq söyüşlər söyməyə başlayır. Bunu eşidən Akif Qurbanov Mövlan Şıxəliyevlə sərt formada mübahisə edir. Toydan çıxan Mövlan Şıxəliyev Akif Qurbanova xəbərdarlıq edir ki, onun gününü qara edəcək. Doğrudan da elə olur. Mövlan Şıxəliyev Akif Qurbanovun ölkədən çıxışına 9 ay qadağa qoymağa nail olur. Və hər dəfə də Akif Qurbanovu MTN-ə çağırtdırıb ondan 5 milyon pul tələb edir. Ancaq Akif Qurbanov özündə cəsarət taparaq hər dəfə ona cavab verir ki, məndə 5 milyon hardan, mən həyatda milyon yox, ancaq limon görmüşəm…Qafqaznews.az-a daxil olan məlumatdan bəlli olur ki, MTN hadisələrnin qurbanlarının sayı getdikcə artır. Hazırki olayda isə Akif Qurbanov dostu Etibar Əliyevi kişi kimi müdafiə edərək onun güdazına gedib.

P.S.  Vaxtı ilə Mövlan Şıxəliyev Etibar Əliyevin arxasınca gəzərək onunla dostluq etməkdən qürur duyurdu. Ancaq Etibar Əliyev həbs olunan kimi, onun dalınca nalayiq söyüşlər söydü və Akif Qurbanov tərəfindən layiq olduğu cavabı aldı. Baxmayaraq ki, həmin cavaba görə  Akif Qurbanov və onun oğlu Vüqar Qurbanov MTN rejimindən 9 ay əziyyət çəkib.

Sənan Məmmədl

Qafqaznews.az

  BÖLMƏYƏ AİD DİGƏR XƏBƏRLƏR